Onlayn ran-pri turniri sona çatdı – 300 ŞAHMATÇI YARIŞIB


  • 13:28 / 27 04 2020 |
  • Bölmə: İdman



Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2003-cü il təvəllüdlü və daha kiçik yaşlı məktəblilər, o cümlədən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin və şahmat klublarının 300-dən çox şahmatçısınin iştirak etdiyi onlayn Qran-pri turniri başa çatıb.

Təhsil Nazirliyindən Rupor.az-a verilən məlumata görə, oyunlar www.chess.com internet portalı üzərindən 6 seçmə və final olmaqla 7 mərhələ üzrə keçirilib. Məktəbli şahmatçıları həvəsləndirmək məqsədilə hər seçmə mərhələnin birində milli yığma komandamızın üzvlərindən bir nəfər fəxri üzv kimi yarışa qatılıb.

Məktəblilər Rauf Məmmədov, Eltac Səfərli, Namiq Quliyev, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova kimi şahmatçılarla mübarizə aparmaq imkanı əldə ediblər. Hər seçmə mərhələ oyunlara qatılan fəxri üzvlərin adı ilə adlandırılıb və onların yarışdakı nəticələri müsabiqədən kənar hesab olunub.

Bütün seçmə mərhələlər fəxri üzvlər tərəfindən “YouTube” üzərindən canlı şərh olunub. Final mərhələsində isə iştirakçılar oyunlarını kamera qarşısında canlı yayımda oynayıblar.




Oxşar xəbərlər