Rəcəbovla Aronyan görüşündə qalib gələn olmadı


  • 01:00 / 09 02 2021 |
  • Bölmə: İdman


Azərbaycan şahmatçısı Teymur Rəcəbovun norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində Ermənistan təmsilçisi Levon Aronyanla görüşü baş tutub. Qarşılaşma "Opera Euro Rapid"in XV turuna təsadüf edib.

"Rupor" xəbər verir ki, tərəflər qarşılaşmadan heç-heçə ilə ayrılıblar - 0,5:0,5.

Matç 18-ci gedişədək davam edib.
"Opera Euro Rapid"

8 fevral
XI tur: Teymur Rəcəbov - Dinq Liren (Çin) - 0,5:0,5
XII tur: Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 0,5:0,5
XIII tur: Teymur Rəcəbov - Maksim Vaşye-Laqrav (Fransa) - 0,5:0,5
XIV tur: Uesli So (ABŞ) - Teymur Rəcəbov - 0,5:0,5
XV tur: Teymur Rəcəbov - Levon Aronyan (Ermənistan) - 0,5:0,5

Qeyd edək ki, hazırda Levon Aronyan 8,5 xalla 4-cü, Teymur Rəcəbov 8 xalla 6-cı yerdə qərarlaşıb.




Oxşar xəbərlər