Həftənin futbolçusu müəyyənləşdi - Avroliqada


  • 09:37 / 19 02 2021 |
  • Bölmə: İdman


Avropa Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

"Rupor" xəbər verir ki, UEFA 1/16 final mərhələsinin ilk oyunlarından sonra 4 iddiaçı seçib.

Bunlar Bruno Petkoviç (“Dinamo”, Zaqreb), Munas Dabbur (“Hoffenhaym”), Bruno Fernandes (“Mançester Yunayted) və Qaret Beyldir (“Tottenhem”). İlk üç oyunçu dublla yadda qalıbsa, sonuncu bir qol və bir məhsuldar ötürməyə imza atıb.

Qalib azarkeşlər arasında aparılacaq səsvermənin nəticəsinə əsasən bilinəcək.




Oxşar xəbərlər