Ronaldo 19 oyunda 18 qol vurub


  • 09:45 / 23 02 2021 |
  • Bölmə: İdman


İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo A seriyasının “Krotone” ilə oyununda dubla imza atıb.

"Rupor" xəbər verir ki, 3:0 hesablı qələbəyə töhfə verən portuqaliyalı hücumçu ilk dəfə bu rəqibin qapısına yol tapıb.

Bununla da Ronaldo hazırda A seriyasında oynayan bütün komandalara qol vurub. 38-ci dəqiqədə hesabı açan forvard ilk yarının uzatma dəqiqəsində fərqi artırıb.

Qeyd edək ki, Kriştiano cari mövsümün 19 matçında 18 qol vurub.




Oxşar xəbərlər