Dünya cempionatının vaxtı və heyəti müəyyənləşdi


  • 19:47 / 27 02 2021 |
  • Bölmə: İdman


İsveçin paytaxtı Stokholmda keçiriləcək fiqurlu konkisürmə üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

"Rupor" xəbər verir ki, Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezdenti Fuad Quliyevin verdiyi məlumata görə, yarışa 4 fiqurlu konkisürən yollanacaq.

Kişilərin yarışında Vladimir Litvintsev, qadınlarda isə Yekaterina Ryabova qüvvəsini sınayacaq. Yekaterina Kuznetsova və Aleksandr Kolosovski isə qoşa yarışlarda mübarizə aparacaq. Sonuncular Ukraynanın Odessa şəhərində başa çatan beynəlxalq turnirdə uğurlu nəticə əldə etdikləri üçün dünya çempionatına vəsiqə qazanıblar.

Qeyd edək ki, dünya çempionatı 21 - 28 martda gerçəkləşəcək.




Oxşar xəbərlər