“Zirə” “Qarabağ”-la qarşılaşacaq


  • 09:59 / 09 03 2021 |
  • Bölmə: İdman


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulacaq.

“Rupor” xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutacaq.

Öncə “Qəbələ” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək.

Turun mərkəzi və qapanış matçında isə “Zirə” ilə “Qarabağ” üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası
19-cu tur
9 mart
Qəbələ – Səbail
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, İnqilab Məmmədov.
Qəbələ şəhər stadionu, 15:00.

Zirə – Qarabağ
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu.
Zirə İdman Kompleksinin stadionu, 17:15.








Oxşar xəbərlər