Taekvondoçumuz qızıl medal qazandı


  • 09:41 / 11 03 2021 |
  • Bölmə: İdman


Türkiyənin İstanbul şəhərində taekvondo üzrə ənənəvi beynəlxalq “Turkish Open” turnirinə start verilib.

"Rupor" Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir ki, ilk yarış günündə 87 kq çəki dərəcəsində mübarizəyə qatılan Milad Beigi Hərçəqani bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Qeyd edək ki, G1 kateqoriyalı yarışda Azərbaycanı 12 taekvondoçu təmsil edir.








Oxşar xəbərlər