Cüdoçularımız beynəlxalq təlimlərdə iştirak edirlər


  • 15:22 / 11 03 2021 |
  • Bölmə: İdman


Gələcək beynəlxalq yarışlara hazırlığı davam etdirən cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının üzvləri hazırda Özbəkistandadır.

“Rupor” xəbər verir ki, paytaxt Daşkənd şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplanışında aparıcı cüdoçularımız iştirak edirlər.
Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Ukrayna, Özbəkistan, İspaniya, Gürcüstan, Hollandiya, Qazaxıstan və digər ölkələrin yığmaları qatılıb.

Qeyd edək ki, cüdoçularımız mart və aprel aylarında Tiflis və Antalyada təşkil olunacaq “Böyük Dəbilqə” yarışında, eləcə də Portuqaliyada keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar.




Oxşar xəbərlər