"Sabah" baş məşqçi axtarışına başlamayıb


  • 18:00 / 12 03 2021 |
  • Bölmə: İdman


"Sabah" ardıcıl uğursuz nəticələrdən sonra, nəhayət ki, dünən baş məşqçi Visente Qomeslə yolları ayırdı.

Masazır təmsilçisi hazırda müvəqqəti olaraq Ramin Quliyevə tapşırılıb.

Yeni çalışdırıcının kim olacağı ilə bağlı müzakirələr isə artıq mətbuatda müzakirəyə çıxarılıb. Daha çox adı hallanan namizəd Kaxaber Sxadadzedir.

"Rupor" xəbər verir ki, bununla bağlı "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

"Visente Qomesin klubdan ayrılmasından sonra komandada baş məşqçi səlahiyyətləri Ramin Quliyevə həvalə edilib. Komandanı qarşıdakı oyunlara Quliyev hazırlaşdıracaq.
Digər məsələlər hələ ki, gündəmimizdə deyil. Hər hansı yenilik olsa, bu barədə ictimaiyyətə məlumat veriləcək".


Amma digər mənbələrdən əldə etdiyimiz məlumata görə, "Sabah"ı mövsümün sonuna kimi elə Ramin Quliyevin çalışdıracağı dəqiqləşib.
Növbəti mövsüm komandanı kimin çalışdırması ilə bağlı isə mövsüm başa çatandan sonra qərar veriləcək.(Sportinfo.az)




Oxşar xəbərlər