Məşhur futbolçu Bakıya gəldi


  • 09:21 / 13 03 2021 |
  • Bölmə: İdman


Azərbaycan Premyer Liqasının lideri “Neftçi” heyətini Yaponiya millisinin sabiq üzvü Keysuke Honda ilə gücləndirir.

“Rupor” xəbər verir ki, təcrübəli futbolçu artıq Bakıya gəlib. Onu hava limanında klubun əməkdaşları qarşılayıb.

Tərəflər arasında müqavilə imzalanması gözlənilir.

Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Naqoya” (Yaponiya), “Venlo” (Niderland), ÇSKA (Moskva, Rusiya), “Milan” (İtaliya), “Paçuka” (Meksika), “Melburn Viktori” (Avstraliya), “Vitess” (Niderland) klublarında forma geyinib. 2020-ci ildə Braziliyanın məşhur “Botafoqo” klubunda çıxış edən Honda meydana çıxdığı 18 oyunda 2 qol vurub.




Oxşar xəbərlər