Güləşçilərimizin rəqibləri müəyyənləşdi


  • 22:17 / 17 03 2021 |
  • Bölmə: İdman


Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürəcək.

"Rupor" APA-ya istinadən xəbər verir ki,  bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib və lisenziya yarışında ölkəmizi təmsil edəcək 16 güləşçinin rəqibləri müəyyənləşib.

Sərbəst güləş

57 kq
1/8 final: İslam Bazarqanov - Niklas Steşele (Almaniya)

65 kq
1/8 final: Hacı Əliyev - George Ramm (Böyük Britaniya)

74 kq
1/8 final: Hacımurad Hacıyev - Andre Afa (Fransa)

86 kq
1/8 final: Abubakr Abakarov - İştvan Vereb (Macarıstan)

125 kq
1/4 final: Camaləddin Məhəmmədov - Tapani Heyno (Finlandiya)

Qadın güləşi

53 kq
1/8 final: Leyla Qurbanova - Timea Şeker (Macarıstan)

57 kq
1/8 final: Alyona Kolesnik - Evelina Nikolova (Bolqarıstan)

62 kq
1/4 final: Tatyana Omelçenko - Anastasiya Qriqoryeva (Latviya) / Sara Da Kol (İtaliya)

68 kq
1/8 final: Elis Manolova - İlana Kratiş (İsrail)

76 kq
1/8 final: Gözəl Zutova – Corcina Neltorp (Böyük Britaniya)

Yunan-Roma güləşi

60 kq
1/8 final: Murad Məmmədov - Justas Petraviçyus (Litva)

67 kq
Təsnifat: İslambek Dadov - Mihay Mihut (Rumıniya)

77 kq
1/8 final: Sənan Süleymanov - Aleksandrin Qutu (Moldova)

87 kq
1/8 final: İslam Abbasov - Şimonoviç (Polşa) / Aleksandrov (Bolqarıstan)

97 kq
1/8 final: Murad Lokyayev - Laokratis Kesidis (Yunanıstan)

130 kq
1/8 final: Beka Kandelaki - Aleksandros Papadatos (Yunanıstan)
Qeyd edək ki, yarışın proqramına əsasən martın 18-19-da sərbəst, 19-20-də qadın, 20-21-də isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. 
 
Yarış sabah Bakı vaxtı ilə 14:00-da start götürəcək. Yarımfinallar isə 21:00-da başlayacaq. Hər çəkidə finala vəsiqə qazananlar həm də
Olimpiadaya lisenziya əldə edəcəklər. Məsul yarışda I-S kateqoriyalı hakim Asif Şirəliyevin ədaləti qoruyacaq.




Oxşar xəbərlər