Futbolçu qarşılaşmadan sonra döyüldü


  • 09:37 / 19 03 2021 |
  • Bölmə: İdman


Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları qalmaqalla başa çatıb.

"Rupor" Apasport-a istinadən xəbər verir ki, Çexiyanın “Slaviya” klubunun futbolçusu Ondrey Kudela qarşılaşmadan sonra döyülüb.

Hadisə “Reyncers”lə Şotlandiyadakı qarşılaşmadan sonra yaşanıb. Müdafiəçi tribunaaltı məkanda naməlum şəxslər tərəfindən döyülüb. “Slaviya” 2:0 hesablı qələbədən sonra polislərin müşayiəti ilə stadionu tərk edərək otelə yollanıb.

Qlazqo təmsilçisinin baş məşqçisi Stiven Cerrard bunun irqçiliklə bağlı olduğunu bəyan edib. O bildirib ki, Kudela oyun zamanı Qlen Kamaranı irqçilik zəminində təhqirlərə məruz qoyub.




Oxşar xəbərlər