Güləşçilərimiz erməniyə rəqib oldular


  • 12:17 / 19 03 2021 |
  • Bölmə: İdman


Olimpiya mükafatçısı, üçqat dünya və üçqat qitə çempionu Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat turnirinin finalında erməni rəqiblə qarşılaşacaq.

"Rupor" Oxu.Az-a istinadən xəbər verir ki, bu gün turnirdə sərbəst güləş üzrə yarışların həlledici görüşləri keçiriləcək.

Yarışda iştirak edən beş güləşçimizin hər biri medal üçün mübarizəsini davam etdirəcək. İki güləşçimiz qızıl, üç idmançımız isə bürünc medal üçün mübarizə aparacaq.

57 kq
Bürünc medal görüşü. İslam Bazarqanov – Petru Krakyun (Moldova)
65 kq
Final. Hacı Əliyev – Vazqen Tevanyan (Ermənistan)
74 kq
Final. Hacımurad Hacıyev – Avtandil Kentçadze (Gürcüstan)
86 kq
Təsəlliverici görüş. Əbubəkr Abakarov – Hovhannes Mxitaryan (Ermənistan)
125 kq
Bürünc medal görüşü. Camaləddin Məhəmmədov – Xose Vaskes (İspaniya) / Paris Karepi (Albaniya)
Qeyd edək ki, Hacı Əliyev və Hacımurad Hacıyev finala çıxmaqla artıq həmin çəki üzrə Olimpiadaya lisenziya qazanıb. Bu, sərbəst güləşçimizin Olimpiadaya üçüncü lisenziyasıdır.




Oxşar xəbərlər