“Rizin”dəki döyüşlərin tarixi açıqlandı


  • 20:15 / 20 03 2021 |
  • Bölmə: İdman


Bu gün Bakı Olimpiya Stadionunda azərbaycanlı MMA idmançıları – Mehman Məmmədov, Tofiq Musayev, Vüqar Kərəmov və Tural Rəhimovun iştirakı ilə mətbuat konfransı keçirilib.

"Rupor" xəbər verir ki, Mehman Məmmədov bu ay Moldovanın paytaxtı Kişinyovda qazandığı “Eagles” kəmərindən danışıb. O bildirib ki, kəməri müdafiə etmək üçün bu təşkilatda qalıb-qalmayacağına məşqçi Ruslan Əfəndiyev qərar verəcək.

Tofiq Musayevlə Vüqar Kərəmov isə mayın 23-də “Rizin”də döyüşlərinin olacağını bildirib.(Oxu.az)




Oxşar xəbərlər