Azərbaycanla oyunun tarixi dəyişdirildi


  • 20:50 / 23 03 2021 |
  • Bölmə: İdman


Moldova və Azərbaycan milli komandaları arasında iyunun 5-də Kişinyov şəhərində keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyununun tarixi dəyişdirilib.

"Rupor" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Moldova Futbol Federasiyası və AFFA arasında qarşılıqlı razılıq əsasında oyun 1 gün sonra - iyunun 6-da təşkil olunacaq.

Xatırladaq ki, Azərbaycan milli komandası digər yoldaşlıq oyunlarında mayın 28-də Alanyada Türkiyə, iyunun 2-də isə Minsk şəhərində Belarus yığması ilə üz-üzə gələcək.




Oxşar xəbərlər