Dünyanın ən yaxşı gənc futbolçularının siyahısı


  • 12:23 / 24 03 2021 |
  • Bölmə: İdman


Dünyanın ən yaxşı gənc futbolçularının adları açıqlanıb.

"Rupor" Apasport-a istinadən xəbər verir ki, sıralama “Goal”ın 44 ölkədə fəaliyyət göstərən jurnalistləri arasında aparılan səsvermə nəticəsində müəyyənləşib.

Ən çox səs toplayan “Barselona”nın hücumçusu Ansu Fati növbəti dəfə ən yaxşı gənc oyunçu mükafatına layiq görülüb. İspaniya millisinin üzvünü “Renn”in yarımmüdafiəçisi Eduardo Kamavinqa izləyib. İlk “üçlüy”ü Dortmund “Borussiya”sında çıxış edən Covanni Reyna qapayıb.

Qeyd edək ki, siyahıda 2002-ci il yanvarın 1-dən sonra anadan olan futbolçular yer alıb.




Oxşar xəbərlər