Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı


  • 10:34 / 25 03 2021 |
  • Bölmə: İdman


FİFA referisi Əliyar Ağayev 2022-ci il dünya çempionatının seçmə oyununa təyinat alıb.

"Rupor" "Report"-a istinadən xəbər verir ki, o, F qrupundakı Danimarka – Moldova qarşılaşmasının baş hakimi olacaq.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, martın 28-də Herninq şəhərindəki “Herninq Arena”da keçiriləcək Danimarka – Moldova matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.




Oxşar xəbərlər