Futbolçu yol qəzasında öldü


  • 10:40 / 25 03 2021 |
  • Bölmə: İdman


İtaliyanın “Latsio” klubunun futbolçusu Daniel Gerini yol nəqliyyat hadisəsində ölüb.

"Rupor" Bakupost-a istinadən xəbər verir ki, qəza ölkənin paytaxtı Romada baş verib.

İki dostu ilə birlikdə avtomobillə hərəkət edən futbolçunun maşını “Mersedes”lə toqquşub. 4 gün öncə 19 yaşını qeyd edən Gerini vəfat edib, dostları isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, “Torino”, “Fiorentina” və “Spal”da da oynamış Daniel İtaliyanın aşağı yaş qrupu üzrə millilərində də forma geyinib.




Oxşar xəbərlər