Kriştiano Ronaldo rekorda imza atdı


  • 10:48 / 25 03 2021 |
  • Bölmə: İdman


Kriştiano Ronaldo Azərbaycan yığması ilə oyunda rekorda imza atıb.

"Rupor" Apasport-a istinadən xəbər verir ki, hücumçu Portuqaliya millisində ən uzunmüddətli karyeraya malik futbolçu adına yiyələnib.

Belə ki, millidə 171-ci matçını keçirən Ronaldo debütündən 6426 gün sonra Azərbaycana qarşı (1:0) oynayıb. Onun 2003-cü il avqustun 20-dəki ilk yığma matçından 17 il 7 ay 2 gün keçib.

Bununla da Ronaldo Vitor Damasın rekordunu keçib. Onun Portuqaliya millisindəki ilk və son oyunları arasında 6305 gün, yəni 17 il 3 ay 5 gün müddət olub.




Oxşar xəbərlər