Millimizin qapıçısı ən yaxşı oyunçu seçildi


  • 12:01 / 25 03 2021 |
  • Bölmə: İdman


Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Portuqaliyaya 0:1 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə matçının ən yaxşı oyunçusu seçilib.

"Rupor" "Report"-a istinadən xəbər verir ki, "Whoscored" 27 yaşlı qolkiperi qurtarışlarına görə bu ada layiq görüb.

Portuqaliya yığmasının 29 zərbəsindən 15-i çərçivəyə düşüb, 8-i qeyi-dəqiq alınıb. Zərbələrin 6-sı isə futbolçular tərəfindən bloklanıb.

Məhəmmədəliyev 8,1 xalla görüşün ən yaxşı oyunçusu adını qazanıb.

Qeyd edək ki, Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb.




Oxşar xəbərlər