"Azərbaycan üzərində qələbəyə görə təbriklər, komanda” - Kristiano Ronaldo


  • 17:02 / 25 03 2021 |
  • Bölmə: İdman


Portuqaliya millisinin ulduz futbolçusu Kristiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri matç barədə fikirlərini açıqlayıb.

"Rupor" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 36 yaşlı forvard millimizə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra sosial şəbəkə bu haqda paylaşım edib:
“Dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlamaq çox vacibdir. Azərbaycan üzərində qələbəyə görə təbriklər, komanda”.

Qeyd edək ki, Ronaldo bu oyunda 90 dəqiqə meydanda olub.




Oxşar xəbərlər