Cüdoçumuz bürünc medal qazandı


  • 19:57 / 16 04 2021 |
  • Bölmə: İdman


Azərbaycan cüdoçusu Kəramət Hüseynov Portuqaliyanın paytaxtı Lissabondakı Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

"Rupor"-un məlumatına görə, 60 kq-da çıxış edən idmançı bolqarıstanlı Yanislav Gerçevlə qarşılaşıb.

Qızıl xal bölümündə rəqibinə ipponla qalib gələn 23 yaşlı cüdoçu fəxri kürsünün 3-cü pilləsinə qalxıb.




Oxşar xəbərlər