Millimiz Gürcüstana getdi


  • 10:19 / 04 05 2021 |
  • Bölmə: İdman


Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstana yollanıb.

"Rupor" xəbər verir ki, yığmamız AVRO-2021-in seçmə mərhələsinin Mingəçevirdə start götürən hazırlıqlarını qonşu ölkədə yekunlaşdıracaq.

Baş məşqçi Fərid Cəlalov koronavirusa yoluxduğundan turnirə Pərviz Səmədovun rəhbərliyi altında qatılacaq komandamız məşqlərini Tbilisidə davam etdirəcək. Millimiz mayın 7-9-da bu şəhərdə keçiriləcək I dövrə ərəfəsində yoxlama matçında da qüvvəsini sınamağı planlaşdırır.

Qeyd edək ki, yığmamız seçmə mərhələnin I dövrəsi çərçivəsində mayın 7-də Monteneqro, ertəsi Gürcüstan, ayın 9-da Yunanıstanla görüşəcək.




Oxşar xəbərlər