Taekvondoçumuz yarımfinalda


  • 18:30 / 08 05 2021 |
  • Bölmə: İdman


Azərbaycan taekvondoçusu Radik İsayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən və Olimpiya Oyunlarına lisenziya xarakterli taekvondo üzrə Avropa təsnifat turnirinin yarımfinala vəsiqə qazanıb.

"Rupor" xəbər verir ki, 80 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz dörddəbir finalda Serbiya idmançısı Milos Qoluboviçə 20:10 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda onun rəqibi makedoniyalı Dejan Georgievski olacaq.

Qeyd edək ki, turnirin birinci günündə Fəridə Əzizova (67 kq) finala yüksələrək Tokio Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Bununla da taekvondoçularımızın lisenziyalarının sayı ikiyə çatıb.

Xatırladaq ki, kişi taekvondoçumuz Milad Beigi Hərçəqani artıq Olimpiya Oyunlarına lisenziyanı təmin edib.






Oxşar xəbərlər