Neftçi qalib gəldi


  • 22:21 / 08 05 2021 |
  • Bölmə: İdman


Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.

"Rupor" xəbər verir ki, turun ilk günündə 2 matç keçirilib.

Hər iki qarşılaşma Bakıda baş tutub. Günün ilk matçı “ASK Arena”da təşkil olunub. Bürünc medallar uğrunda mübarizə aparan “Sumqayıt” “Keşlə”nin qonağı olub. Ayxan Abbasovun yetirmələri bir qolla qələbə qazanıb.

Günə paytaxt derbisi ilə yekun vurulub. Çempionluq uğrunda mübarizə aparan “Neftçi” ciddi hədəfi qalmayan “Səbail”in qonağı olub.

Meydan sahibləri son sıralardan uzaqlaşmaq arzusunda olan meydan sahibləri ölkənin ən titullu klubu qarşısında aciz qalıb. Üç xalı darmadağınla qazanan “Neftçi” ən azı bir günlük zirvəyə yüksəlib.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. “Zirə” “Qəbələ”ni, “Sabah” “Qarabağ”ı qəbul edəcək. (APA)




Oxşar xəbərlər