Şəhriyar Məmmədyarov turnirin qalibi oldu


  • 17:57 / 14 06 2021 |
  • Bölmə: İdman


Azərbaycanın iki şahmatçısının qatıldığı “2021 Superbet Chess Classic” turniri başa çatıb.

"Rupor" xəbər verir ki, qrossmeysterimiz Şəhriyar Məmmədyarov yarışın qalibi olub.

Sonuncu - IX turda fransalı Maksim Vaşye-Laqravla heç-heçə edən qrossmeysterimiz xal hesabını 6-ya çatdırıb. Bununla da Şəhriyar yarışı birinci pillədə başa vurub.

Digər təmsilçimiz Teymur Rəcəbov turniri 4,5 xalla bitirib. O, son turda ermənistanlı Levon Aronyanla heç-heçə edib.






Oxşar xəbərlər