Həbib Nurməhəmmədov-Castin Getji döyüşü harada keçiriləcək?


  • 18:33 / 13 06 2020 |
  • Bölmə: İdman


Mütləq Döyüş Çempionatının (UFC) çempionu rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Castin Getji arasında döyüş Abu-Dabidə keçirilə bilər.

"Rupor" AzərTAc-a istinadla xəbər verir ki, “UFC-253” turnirinin əsas döyüşü olacaq bu qarşılaşma Abu-Dabidə “UFC Fight Island” yarışları başa çatdıqdan sonra keçiriləcək.

Bundan əvvəl Braziliyanın “Globo” televiziya kanalı döyüşün bu il sentyabrın 19-da keçiriləcəyini bildirmişdi.

Yüngül çəkidə UFC-nin müvəqqəti çempionu C.Getji karyerası ərzində keçirdiyi 22 döyüşdə qalib gəlib, 2 qarşılaşmada məğlub olub. Otuz bir yaşlı H.Nurməhəmmədov isə qarışıq döyüş növlərində indiyədək keçirdiyi 28 döyüşün hamısında qələbə qazanıb.



Oxşar xəbərlər