AVRO-2020: Danimarka və Niderland ilk dəfə Bakıya gələ bilər


  • 23:20 / 23 06 2021 |
  • Bölmə: İdman


AVRO-2020-nin 1/8 final mərhələsinin daha bir cütü bəlli olub.

"Rupor" xəbər verir ki, qrup üçüncülərindən rəqibi bilinən ilk komanda Çexiyadır.
D qrupunda 3-cü yeri tutan komanda 1/8 finalda Niderlandla görüşəcək. Bu matç iyunun 27-də Budapeştdə təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu cütün qalibi iyulun 3-də Bakı Olimpiya Stadionuna 1/4 finalda meydana çıxacaq. Niderland – Çexiya cütünün qalibi bir gün öncə meydana çıxacaq Uels – Danimarka matçında bəlli olacaq.

Qeyd edək ki, Niderland və Danimarka heç vaxt Bakıda millimizə rəqib olmayıb və ilk dəfə ölkəmizə gələ bilər.




Oxşar xəbərlər