Tokio-2020 bayraqdarı müəyyənləşdi


  • 12:43 / 25 06 2021 |
  • Bölmə: İdman


Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdarı müəyyənləşib.

"Rupor" Bakupost.az a istinadən xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib. Hüseynzadə bildirib ki, iyulun 23-də keçiriləcək açılış mərasimində bu funksiyanı cüdoçu Rüstəm Orucov yerinə yetirəcək.

O, əvvəlki Oyunlarda bayraqdarın son olimpiadanın qızıl mükafatçısının olduğunu xatırladıb: "Təəssüf ki, Ro-2016-nın qalibi, taekvondoçu Radik İsayev Tokio olimpiadasına lisenziya əldə edə bilmədi".




Oxşar xəbərlər