Olimpiya Oyunlarının məşəli Tokioya gətirildi


  • 15:02 / 09 07 2021 |
  • Bölmə: İdman


Bu gün Tokioda Olimpiya məşəlinin qəbul edilməsi mərasimi baş tutub.

“Qafqazinfo” “Kyodo” agentliyinə istinadən xəbər verir ki, “Komadzava” Olimpiya parkında keçirilən mərasim zamanı məşəli Tokio qubernatoru Yuriko Koike qəbul edib. 

Qeyd edək ki, Yaponiya hökuməti ölkədə koronavirusla bağlı elan edilən fövqəladə vəziyyət rejimi ilə əlaqədar yay Olimpiya oyunlarına tamaşaçıları buraxmamaq qərarına gəlib. Ölkədə fövqəladə vəziyyət 12 iyuldan 22 avqusta qədər qüvvədə olacaq. 

Oyunların əksəriyyəti Tokioda, bəziləri isə paytaxtdan kənarda baş tutacaq.

Olimpiya oyunları isə 23 iyuldan 8 avqusta qədər keçiriləcək.




Oxşar xəbərlər