“Neftçi” Çempionlar Liqasında uduzdu


  • 01:30 / 22 07 2021 |
  • Bölmə: İdman


Azərbaycan çempionu “Neftçi” avrokuboklarda növbəti oyununu keçirib.

"Rupor" xəbər verir ki, Bakı klubu Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.

Paytaxt təmsilçisi Yunanıstanın ən adlı-sanlı klubu “Olimpiakos”la görüşüb. “Neftçi” gərgin mübarizə aparsa da 0:1 hesabı ilə uduzub. 

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də keçiriləcək.



Oxşar xəbərlər