Boksçumuz 1/8 finala vəsiqə qazandı


  • 16:19 / 24 07 2021 |
  • Bölmə: İdman


Azərbaycan boksçusu, 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev Olimpiadada mübarizəyə 1/16 finaldan başlayıb.

“Rupor” xəbər verir ki, onun rəqibi bruneyli Denis Latıpov olub.

İlk iki raundda rəqibindən üstün olan idmançı yekunda 3:1 hesablı qələbə qazanaraq, 1/8 finala vəsiqə qazanıb.

Abdullayev növbəti raundda Baxodir Jalolovla üz-üzə gələcək.




Oxşar xəbərlər