Azərbaycan Tokio-2020-də ilk medalını qazandı


  • 13:17 / 30 07 2021 |
  • Bölmə: İdman


Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.

"Rupor" xəbər verir ki, bunu 78 kq-dan yuxarı çəki dərəcəsindəki qadın cüdoçu İrina Kindzerska əldə edib. 30 yaşlı idmançı çinli Şiyan Xunu ipponla məğlubiyyətə uğradaraq, bürünc medala sahiblənib.

Qeyd edək ki, bu, həm də Tokio-2020-də Azərbaycanın cüdo növündə yeganə olimpiya medalı olub. Komandanın 9 üzvündən indiyədək ən yüksək nəticəni bayraqdar Rüstəm Orucov (73 kq) 5-ci yeri tutmaqla əldə edib.




Oxşar xəbərlər