Cavid Hüseynov futbol klubu yaratdı


  • 12:22 / 17 09 2021 |
  • Bölmə: İdman


“Qəbələ”nin və Azərbaycan millisinin sabiq futbolçusu Cavid Hüseynov yeni klub yaradıb.

"Rupor" xəbər verir ki, bu barədə “Qafqazinfo”ya futbolçunun özü məlumat verib. 

O bildirib ki, yaratdığı klubun adı “Cəbrayıl”dır və eyniadlı rayonu təmsil edir. 

Qeyd edək ki, Cavid Hüseynov əslən Cəbrayıl rayonundandır.  Onun atası baş leytenant Şakir Abbasov 1993-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. 




Oxşar xəbərlər