İdmançımız tarixi uğura imza atdı


  • 21:00 / 19 09 2021 |
  • Bölmə: İdman


Azərbaycan bodibildinqçisi Əliyulla Abbaszadə tarixi uğura imza atıb.

"Rupor" xəbər verir ki, təmsilçilərimiz İspaniyanın Sevilya şəhərində təşkil olunan mötəbər “Arnold Klassik Avropa” yarışında üç medal qazanıblar.

Turnirdə 95 kiloqram çəki dərəcəsində çıxış edən Əliyulla Abbaszadə bütün rəqiblərini qabaqlayaraq, nüfuzlu yarışın qalibi olub. Təmsilçimiz, həmçinin, mütləq kateqoriyada bürünc medala yiyələnib. Bu medallar Azərbaycan bodibildinq idmanı tarixində “Arnold Klassik” yarışlarında qazanılan ilk mükafatlardır.

Digər idmançımız Rasim Həsənov isə mens fizik yarışlarında fərqlənərək, qızıl medal qazanıb. R.Həsənov mayda İspaniyada təşkil olunan Avropa çempionatında da birinci olmuşdu.

“Arnold Klassik Avropa” yarışı 2011-ci ildən keçirilir. Hər il İspaniyada keçirilən yarış məşhur idmançı Arnold Şvartseneqqerin təşəbbüsü və Beynəlxalq Bodibildinq və Fitness Federasiyasının təşkilatçılığı ilə baş tutur.







Oxşar xəbərlər