Futbolçu həbs oluna bilər


  • 19:16 / 13 10 2021 |
  • Bölmə: İdman


Almaniya "Bavariya"sının futbolçusu Lukas Ernandesi 1 ilədək həbs cəzası gözləyir.

"Rupor" Report-a istinadən məlumatına görə, fransalı müdafiəçi məhkəmənin çıxardığı qərarı icra etməməkdə günahlandırılır.

Bu səbəbdən 25 yaşlı oyunçu oktyabrın 19-da yenidən hakim qarşısına çıxacaq.

Qeyd edək ki, Lukas Ernandes 2017-ci ildə İspaniya "Atletiko"sunda oynayarkən sevgilisinə hücum edib. Bundan sonra məhkəmə futbolçunun rəfiqəsinə yaxınlaşmasına qadağa qoyub. Lakin oyunçu bir müddət sonra sevgilisi ilə tətilə yollanıb.



Oxşar xəbərlər