Baş məşqçi istefa verdi


  • 23:47 / 13 10 2021 |
  • Bölmə: İdman


Braziliyanın "San-Paulu" klubu baş məşqçisi Ernan Krespo ilə yollarını ayırıb.

"Rupor" Report-a istinadən xəbər verir ki, buna komandanın uğursuz nəticələri səbəb olub. Kollektiv hazırda 29 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, Krespo bu ilin fevralında "San-Paulu" ilə 2 illik müqavilə imzalamışdı.





Oxşar xəbərlər