Ukrayna Premyer Liqasının oyunu təxirə salındı


  • 23:59 / 13 10 2021 |
  • Bölmə: İdman


Ukraynanın "Rux" komandasının futbolçuları təcrid olunublar.

"Rupor" Report-a istinadən xəbər verir ki, buna oyunçular arasında koronavirusa yoluxma hallarının aşkarlanması səbəb olub.

Rəhbərliyin qərarı ilə futbolçular qarşıdakı 3 günü öz evlərində keçirməlidirlər. Komandanın məşqləri də ləğv edilib.
Qeyd edək ki, "Rux"un "İnqulets"ə qarşı keçirməli olduğu Premyer Liqanın XI tur matçı da təxirə salınıb.




Oxşar xəbərlər