Ronaldodan yeni rekord


  • 10:02 / 21 10 2021 |
  • Bölmə: İdman


İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

"Report" dan "Rupor" a verilən məlumata görə, 36 yaşlı hücumçu buna İtaliya "Atalanta"sına 3:2 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin III tur oyununda nail olub.

Portuqaliyalı forvard 81-ci dəqiqədə fərqlənməklə turnirdə 38-ci komandaya qol vurmağı bacarıb. Daha əvvəl hansısa futbolçu bu nailiyyətə imza atmayıb.

Qeyd edək ki, hazırda "Mançester Yunayted" 6 xalla F qrupuna başçılıq edir. "Qırmızı şeytanlar" IV turda "Atalanta"nın qonağı olacaq.







Oxşar xəbərlər