"Qarabağ" - "Neftçi" oyununun vaxtı açıqlandı


  • 17:07 / 21 10 2021 |
  • Bölmə: İdman


Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli məlum olub.

"Rupor" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Oktyabrın 30-da “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 18:30-da başlayacaq.

30 oktyabr (şənbə)
16:00. “Zirə” – “Keşlə”
Zirə İdman Kompleksinin stadionu
18:30. “Qarabağ” – “Neftçi”
“Azersun Arena”
31 oktyabr (bazar)
16:00. “Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu
18:15. “Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”
Qeyd edək ki, VIII turun oyunları 23 - 25 oktyabrda baş tutacaq.




Oxşar xəbərlər