"Qarabağ" - "Kayrat" oyunu başladı


  • 20:54 / 21 10 2021 |
  • Bölmə: İdman


"Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunu start götürüb.

"Rupor" Report-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də başlayıb.

Görüşü ukraynalı FIFA referisi Yevgeni Aranovskinin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Bu qrupun digər oyununda Kipr "Omoniya"sı İsveçrədə "Bazel"in qonağı olacaq.



Oxşar xəbərlər