İlin futbolçusu məlum oldu - Ronaldo qocalır


  • 09:43 / 25 11 2021 |
  • Bölmə: İdman


Polşa millisinin və Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski növbəti dəfə 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.

"Rupor" "Report"a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən bu ada yiyələnib.

Təcrübəli forvard 150 xalla bütün rəqiblərini qabaqlayıb. Argentina yığmasının və Fransa PSJ-sinin ulduz futbolçusu Lionel Messi 105 xalla ikinci, İtaliya millisinin və İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Jorjinyo 40 xalla üçüncü olub.

Portuqaliya millisinin və İngiltərə "Mançester Yunayted"inin hücumçusu Kriştianu Ronaldu isə 15 xalla 7-ci ola bilib.




Oxşar xəbərlər