İnter 9 illik tilsimi qırdı


  • 10:05 / 25 11 2021 |
  • Bölmə: İdman


İtaliya “İnter”i Çempionlar Liqasındakı 1/8 final həsrətinə son qoyub.

"Rupor" Apasport-a istinadən xəbər verir ki, Milan təmsilçisi son 9 ildə ilk dəfə qrupdan çıxıb.

A seriyası təmsilçisi bu hüququ V turda rəsmiləşdirib. “İnter” “Şaxtyor”u 2:0 hesabı ilə məğlub edərək buna nail olub.

Milanlılar sonuncu dəfə belə uğura 2011/12 mövsümündə imza atıb. Qrupdan çıxan “İnter” 1/8 finalda “Marsel”ə uduzub – 0:1, 2:1.
Qeyd edək ki, 10 xalla ikinci yerdə qərarlaşan “İnter” “Real”dan 2 xal geri qalır.



Oxşar xəbərlər