DÇ-nin pley-off mərhələsinin püşkü atıldı


  • 21:16 / 26 11 2021 |
  • Bölmə: İdman


Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
 
"Rupor"
xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil edilən püşkatma saat 20:00-da başlayıb. Tədbir İctimai Televiziya vasitəsilə canlı yayımlanıb.
 
Püşkə əsasən aşağıdakı komandalar üz-üzə gələcək:
 
A yolu
 
Yarımfinal
 
1. Şotlandiya - Ukrayna
 
2. Uels - Avstriya
 
Final
 
1 cütünün qalibi - 2 cütünün qalibi
 
B yolu
 
Yarımfinal
 
1. Rusiya - Polşa
 
2. İsveç - Çexiya
 
Final
 
1 cütünün qalibi - 2 cütünün qalibi
 
C yolu
 
Yarımfinal
 
1. İtaliya - Şimali Makedoniya
 
2. Portuqaliya - Türkiyə
 
Final
 
1 cütünün qalibi - 2 cütünün qalibi
 
Hər qrupda 1 görüşdən ibarət yarımfinal və final oyunları keçiriləcək. Yarımfinal oyunları 24-25, final görüşləri isə 28-29 martda olacaq.
 
Mundialın final mərhələsinin püşkatma mərasimi isə apreldə gerçəkləşəcək.
 
Qeyd edək ki, bu dünya çempionatı futbolu tarixində ilk dəfə yay aylarında yox noyabr-dekabrda keçiriləcək.






Oxşar xəbərlər