Mariya Stadnik daha bir uğur qazandı


  • 10:21 / 04 12 2021 |
  • Bölmə: İdman


Dünya Güləş Birliyi (UWW) 50 kq çəki dərəcəsində çıxış edən qadın güləşçi Mariya Stadnikə 3 000 ABŞ  dolları mükafat verib.

"Rupor" UWW-nin rəsmi saytına istinadən bildirir ki, 2 qat dünya və 8 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Mariya Stadnik 60 xalla dünya reytinqində 3-cü olduğuna görə, bu mükafata layiq görülüb.

Eyni çəki dərəcəsində birinci pillədə 82 xallla ABŞ təmsilçisi Sara Hilderbrandt, ikinci yerdə 68 xalla yaponiyalı Yui Susaki qərarlaşıb. 

Daha əvvəl 92 kq çəkidə Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov 3 000 ABŞ dolları və 82 kq çəkidə yunan-Roma güləşçisi Rafiq Hüseynov 10 000 dollar mükafat alıb.




Oxşar xəbərlər