Millimiz beşinci oldu


  • 12:49 / 05 12 2021 |
  • Bölmə: İdman


Portuqaliyanın Quimareş şəhərində “TeamGym” üzrə Avropa çempionatı keçirilib.

“Rupor” xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, ölkəmizi “TeamGym” gimnastika növü üzrə təmsilçilərimiz – Ağamurad Qəhrəmanov, Tofiq Əliyev, Adil Hacızadə, Rəsul Əhmədzadə, Elnur Məmmədov, Ramin Dəmirov, Anar Həsənov və Mənsum Səfərov təmsil ediblər.

Ölkəmiz üçün yeni olan gimnastika növünün nümayəndələri finalda çıxış edərək, həlledici mərhələdə 5-ci yerdə qərarlaşıblar.

“TeamGym” “Avropa Gimnastikası”na aid komanda yarışı növüdür. Azərbaycan Gimnastika Federasiyası (AGF) 2018-ci ilin əvvəlində “TeamGym” növünü öz fəaliyyətinə daxil etməyə qərar verib.

2018-ci ilin oktyabrında yığma komandamız ilk dəfə “TeamGym” üzrə Avropa çempionatına qatılıb (Odivelaş, Portuqaliya) və gənclər yaş kateqoriyasında mübarizə aparıb.

2019-cu ildə Bakıda AGF tərəfindən yerli gimnast və məşqçilər üçün kurslar təşkil edilib. 2020-ci ildə isə “TeamGym” üzrə ilk hakimlərimiz Avropa hakimlik dərəcəsi alıblar.






Oxşar xəbərlər