Mayk Tayson rinqə qayıdır - Döyüşün tarixi açıqlandı


  • 15:23 / 24 07 2020 |
  • Bölmə: İdman


Superağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson və beş çəki dərəcəsində eks-çempion Roy Cons arasındakı döyüşün tarixi məlum olub.

Fanat.Az "The Guardian"a istinadən xəbər verir ki, 8 raunddan ibarət olacaq nümayiş xarakterli döyüş sentyabrın 12-də ABŞ-ın Kaliforniya ştatında keçiriləcək.

Mayk Tayson professional səviyyədə sonuncu döyüşünü 2005-ci ildə keçirib və Kevin Makbrayda məğlub olub. Bir müddət öncə 54 yaşlı boksçu nümayiş döyüşlərində iştrak etmək üçün karyerasını bərpa edəcəyini açıqlamışdı.

Roy Cons sonuncu döyüşündə (2018-ci ilin fevralı) hakimlərin qərarı ilə Skott Siqmona qalib gəlib. 51 yaşlı boksçu keçirdiyi 77 döyüşün 66-da qələbə qazanıb.



Oxşar xəbərlər