Fransalı futbolçu 12 oyundan sonra "Neftçi"dən ayrıldı


  • 12:34 / 02 01 2022 |
  • Bölmə: İdman


"Mənə Avropanın nüfuzlu yarışlarında iştirak etmək imkanı verən keçmiş klubum "Neftçi"yə təşəkkür edirəm. Hər zaman bizə dəstək olan "Neftçi" azarkeşlərini salamlayıram və onlara uğurlar arzulayıram. "Şatoru" ilə müqavilə imzaladığımız üçün qürur duyuram. Yeni çağırışa başlamağı səbirsizliklə gözləyirəm".

"Rupor" xəbər verir ki, bu fikirləri "Neftçi"dən ayrılaraq Fransa "Şatoru"suna keçən Romen Bask şəxsi instaqram hesabında yazıb.

26 yaşlı yarımmüdafiəçi "Neftçi"yə cari mövsümün əvvəlində ölkəsinin "Havr" klubundan keçmişdi. Paytaxt təmsilçisinin heyətində 12 oyun keçirən fransalı oyunçu "Şatoru" ilə 3 illik müqavilə imzalayıb.




Oxşar xəbərlər