Şahmatçımız beynəlxalq turnirdə lider oldu


  • 13:58 / 03 01 2022 |
  • Bölmə: İdman


Macarıstanın paytaxtı Budapeşt şəhərində şahmat üzrə beynəlxalq turnirdə Azərbaycan təmsilçisi liderliyə yüksəlib.

“Rupor” xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Azər Mirzəyev 7 turdan sonra rəqiblərini xeyli qabaqlayaraq birinci pillədə qərarlaşıb.

Belə ki, onun ən yaxın izləyiciləri olan yerli idmançılar Vilmos Balint və Marcell Borhy 4,5 xala malikdirlər. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.




Oxşar xəbərlər