Komandasının 3 futbolçusu Ronaldoya qarşı çıxdı


  • 22:09 / 05 01 2022 |
  • Bölmə: İdman


İngiltərənin "Mançester Yunayted" klubunda futbolçular arasında gərginlik artır.

"Rupor" "Daily Express" nəşrinə istinadən xəbər verir ki, Harri Maquayr, Edinson Kavani və Meyson Qrinvud Kriştianu Ronaldunun daha çox oynamasından narazıdırlar. Həmçinin bəzi futbolçular portuqaliyalı hücumçunun çıxışının komandanın oyununa mənfi təsir göstərdiyini düşünür.

Daha əvvəl "qırmızı şeytanlar"ın müdafiəçisi Lyuk Şou evdə "Vulverhempton"a 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın XXI tur matçından sonra komandada birliyin olmadığını söyləyib.

Qeyd edək ki, "Mançester Yunayted" 19 oyundan sonra 31 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.



Oxşar xəbərlər